ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynada baş verən hadisələri soyqırımı adlandırıb.
Bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Keçmiş dövlət başçısı “Ukraynada baş verənlər soyqırımıdır” deyərək, Rusiyanın hərbi əməliyyatları ilə bağlı mövqeyini ifadə edib.
Qeyd edək ki, ABŞ-ın hazırki prezidenti Co Bayden də Rusiyanın Ukrayna ilə bağlı siyasətini soyqırımı adlandırmışdı.