SON DƏQİQƏ! Azəbaycanda bu şəxslər dövlət tərəfindən məhkəməyə verilir – VİDEO

0

“Mənzillərində yaşamayan məcburi köçkünlərlə bağlı monitorinqlər davam edir”. 

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev APA-nın sualına cavab olaraq deyib. O qeyd edib ki, məcburi köçkünlər uzun illərdir yataqxanalarda yaşayırlar:

“Məcburi köçkünlərin hər biri mənim üçün əzizdir. Amma elə hallar olur ki, onların özlərinin mənzilləri olur və bu mənzillər onların öz adlarına olmur. Amma yataqxanada yaşayırlar. Həmin yataqxanada yaşayanlar bir müddət sonra şəhərciklərə köçürülür. Biz görürük ki, onlar həmin şəhərcikdəki evində yaşamır. Bunu necə müəyyən edirik? Görürük ki, sayğaclarda heç nə işləmir. Biz bu zaman məhkəmələrə müraciət edirik. Məhkəmələrdə 510 belə iş var. Bu çox aşkar və şəffaf prosesdir. Dövlət Komitəsində xüsusi bir komissiya yaradılıb və komissiya tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq bu proseslər həyata keçirilir”.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »