PA-nın yüksək vəzifəli şəxsi vəzifəsindən azad edildi

0

Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı vəzifəsindən azad olunub.

Axar.az Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin məsul əməkdaşı Arif Novruzov müvafiq əmrlə tutduğu vəzifəsindən azad edilib.

O, məlumatı təsdiq edib:

“Bəli, vəzifəmdən azad olunmuşam. Hələ ki başqa vəzifəyə təyin edilməmişəm”.

Qeyd edək ki, Arif Novruzov bir neçə rayonun icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »