“İrəvan istəklərinə obyektiv şəkildə yenidən baxmalıdır”

0

Sülh müqaviləsinin imzalanmasına birbaşa yol açan sərhədin delimitasiyası və demarkasiyası prosesi ən azı bir neçə ay əvvəl başlamalı idi. Lakin o, Bakı ilə İrəvan arasında əsasən Ermənistanın təşəbbüsü ilə yaranmış bir sıra fikir ayrılıqlarının mövcudluğuna görə başlamadı.

Bu sözləri Axar.az-a müsahibəsində “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov deyib.

O qeyd edib ki, İrəvanın istəklərinin əksəriyyəti erməni xalqının deyil, ayrı-ayrı siyasi qrupların maraqlarını əks etdirir:

“Rəsmi İrəvan komissiyaya nümayəndələri səriştəli insanlar, peşəkarlar içərisindən seçməlidir, bu strukturun işini məqsədyönlü şəkildə ləngidən xüsusi seçilmiş təxribatçılardan yox. Fikrimcə, İrəvan istəklərinə obyektiv şəkildə yenidən baxmalı, onlarda Ermənistan xalqının maraqlarını həqiqətən əks etdirən və potensial olaraq çətin danışıqlar yolu ilə də olsa, Bakı tərəfindən qəbul oluna bilənləri saxlamalıdır. Bir şey sevindirir: dağıdıcı qüvvələr, o cümlədən Qərb nə qədər çalışsa da, Cənubi Qafqazda Rusiyanın mühüm iştirakı ilə başlayan sülh prosesini dayandıra bilmədi. Sülh müqaviləsi isə həm Azərbaycan, həm Ermənistan, həm də bütün region ölkələri üçün yeni imkanlar açır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »