Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Fəzail müəllim, Azərbaycanın Ermənistana təklif etdiyi 5 bəndlik müddəalarla bağlı qarşı tərəfdən müsbət mesajlar var. Sizcə, bu müddəalar əsasında sülhə nail olmaq nə dərəcədə real görünür?
– Avropa İttifaqının prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşdə əldə edilən nəticələr Azərbaycan diplomatiyasının ciddi uğuru kimi qiymətləndirilir. Yaranmış geopolitik durumda Prezident İlham Əliyevlə Avropa İttifaqının Prezidenti Şarl Mişellə olan səmimi ünsiyyət əsasında ciddi razılıqlar əldə olundu. Azərbaycan bundan öncə də Ermənistana və beynəlxalq ictimaiyyətə 5 maddədən ibarət prinsipial müddəalar təklif etdi. Ölkəmizin ortaya qoyduğu prinsiplər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edən konseptual bir yanaşmadır.
– Ermənistan üzdə bu təklifləri qəbul etdiyini açıqlayır, alt qatlarda isə fərqli mövqe müşahidə edilir. Bu paradoksal yanaşma prosesin irəliləməsində hansı çətinliklər yarada bilər?
– Ölkə başçısının Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi mesajların qarşı tərəf üçün sonrakı proseslərdə nə dərəcədə əhəmiyyətli olacağını düşünürsünüz?
– Prezident İlham Əliyevin aprelin 12-də hökumətin ilin ilk rübünə aid müşavirədə səsləndirdiyi fikirlər proseslərin gedişi və mahiyyəti barəsində aydın təsəvvürlər formalaşdırdı. Bu, Azərbaycan dövlətinin iradəsini və qətiyyətini ortaya qoyan açıqlamalar idi. Eyni zamanda Ermənistanın hazırda daha çox manipulyasiya etdiyi Zəngəzur dəhlizi ilə bağlı məsələyə də xüsusi olaraq toxunuldu. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, əgər Zəngəzur dəhlizinin açılmasında problem yaranarsa, Azərbaycan buna uyğun olaraq adekvat addımlar atacaq. Ermənistan və onu himayə edən ölkələr də Azərbaycan Prezidentinin sözü ilə əməli arasındakı vəhdətdən xəbərdardır. Onlar da bilirlər ki, dövlət başçısı dediyi hər bir sözün arxasında duraraq onu reallaşdıracaq gücə malikdir. Ona görə də, indi Ermənistana həm də xüsusi bir xəbərdarlıq edilir ki, Zəngəzur ətrafındakı manipulyasiyalardan imtina etsin. Bunun qarşılığı olacaq. Ermənistan tərəfi mütləq ki, bunu nəzərə alacaq.