Metroda qatarların hərəkəti niyə ləngiyib?

0

Bu gün Bakı Metropoliteni QSC-nin “Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub.

Bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Bu səbəbdən “Neftçilər” stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib. Nəticədə xətdə ikidəqiqə yubanma yaranıb. Əvəzində xəttə yeni qatar verilib”, – o, qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »