Gürcüstan parlamentinin sədri Ukraynaya gedəcək

0

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynaya səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.

Spiker bildirib ki, ukraynalı həmkarı Ruslan Stefançukla əlaqə saxlayıb və Ukraynaya səfər etməyə hazırlığını təsdiqləyib.

Səfərin detalları müzakirə olunacaq.

Ş.Papuaşvili qeyd edib ki, Ukrayna və ukraynalılara dəstək Gürcüstanın mənəvi və tarixi borcudur: “Biz bu borcumuzu şərəflə yerinə yetirəcəyik”.

Xatırladaq ki, Ukrayna Ali Radasının sədri R.Stefançuk ötən həftə gürcü həmkarını Buçaya səfər etməyə dəvət edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »