Yaponiyadan Putinin ailəsinə zərbə

0

Yaponiya Baş naziri Kişida Fumio 398 rus vətəndaşının və 28 Rusiya təşkilatının aktivlərinin dondurulmasına qərar verib.

Axar.az xəbər verir ki, aktivləri Tokio tərəfindən dondurulan şəxslər arasında Prezident Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı, Dövlət Dumasının üzvləri, o cümlədən Valeri Raşkin, Vasili Piskarev, Pyotr Tolstoy, Leonid Slutski, İrina Yarovaya və başqaları var.

Hərbi qulluqçulardan isə Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Yevmenov, Hərbi Dəniz Qüvvələri baş komandanının birinci müavini Vladimir Kasatonov, Quru Qoşunlarının baş komandanı Oleq Salyukov və başqalarına sanksiya tətbiq edilib.

Eyni zamanda, Rusiyanın “Sberbank” və “Alfa-Bank” da əlavə sanksiyalar siyahısına daxil edilib. Bankların aktivləri dondurulacaq və onlarla əməliyyatlar qadağan ediləcək.

Bildirilir ki, Yaponiya şirkətlərinə və vətəndaşlarına Rusiyada yeni investisiyalar qoymaq da qadağan ediləcək

Leave A Reply

Your email address will not be published.

Tərcümə »