Putin “vəhşi” Dvornikovu gətirdi – ABŞ-dan reaksiya

0

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı strateji uğursuzluğunu sadə bir komanda dəyişikliyi ilə aradan qaldırmaq mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Ağ Evin spikeri Cen Psaki deyib.

O bildirib ki, Suriyada kimyəvi silahdan istifadə etməklə tanınan general Aleksandr Dvornikovun təyinatı heç nəyi dəyişməyəcək:

“Kadr və ya rəhbərlik dəyişikliyi Rusiya üçün strateji uğursuzluq faktını dəyişməyəcək. ABŞ Rusiya ordusunun Suriyadakı vəhşiliklərində Dvornikovun oynadığı rolu yaxşı bilir. İnanırıq ki, onlar Ukraynada da eyni şeyi etməyə çalışacaqlar”.

 35 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »