Almaniyanın Ailə Naziri sərt tənqidlərdən sonra istefa verib

0

Almaniyanın Ailə naziri Anne Şpiqel ötən il Almaniyada baş verən daşqın zamanı tətilə getdiyi üzə çıxdıqdan sonra siyasi təzyiqlərə tuş gəldiyuindən, tutduğu vəzifədən istefa verib.

“Mən bunu böyük siyasi problemlərlə üzləşən ofisə zərər verməmək üçün edirəm” deyə Enn Şpiqel nazirlik işçilərinə elektron poçt göndərib. Yaşıllar Partiyasının həmsədri Omid Nuripur istefası ilə bağlı açıqlamasında Şpigelin düzgün addım atdığını bildirib.

Nuripur vurğulayıb ki, Enn Şpiqel siyasi arenada olmayan şəffaflıq və açıqlıqla səhvlərini etiraf edib və buna görə də hörmətə layiqdir.

2021-ci ilin yayında Reynland-Pfalts Ştatının Ətraf Mühit Naziri vəzifəsində çalışan Şpiqel 134 nəfərin ölümü ilə nəticələnən daşqın zamanı ailəsi ilə birlikdə Fransada dörd həftəlik tətilə getdiyi üzə çıxdıqdan sonra, ictimai qınağa tuş gəlib.  Spiegel tənqidlərə görə üzr istəsə də, istefa verməyib.

Hökumət sözçüsü müavini Kristian Hoffman da yazılı açıqlamada Baş nazir Olaf Şolzun ailə naziri Anne Şpiqelin istefa qərarını böyük hörmətlə qarşıladığını bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »