Almaniya 68 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd edib

0

2022-ci ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları tərəfindən Almaniya miqasiya orqanlarına 267 sığınacaq ərizəsi daxil olub.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.

Məlumatda deyilir ki, sığınacaq müraciətlərindən 185-i ilk dəfə, 82-i isə ikinci və üçüncü dəfə olan müraciətlər olublar.

“Bu ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları ilə bağlı ümumilikdə 213 qərar qəbul edilib. Sığınacaq müraciətlərinin yalnız 12,2 %-nə müsbət cavab verilib. 68 iş üzrə mənfi qərar çıxarılıb, 119 işə digər prosedurlar səbəbindən baxılmayıb”, – BAMF-dan bildirilib.

Federal idarənin son statistik məlumatına görə, ötən ay federal idarəyə ümumilikdə 51 589 sığınacaq ərizəsi daxil olub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »