Rusiya hərbçilərinin Ukraynada yol verdikləri zorakılıqlar və təcavüz faktları dünya mediasının diqqət mərkəzinə düşüb.
bu faktlardan bəzilərini təqdim edir.
Qeyd olunur ki, rus ordusuna məxsus əsgərlər Buçada bir binanın zirzəmisində 14-24 yaş aralıgında 25 qadını kilidli saxlayıb və daimi olaraq təcavüz ediblər. Rus əsgərlər bildirirdilər ki, ukraynalı qadınlar bir də ukraynalı insan dünyaya gətirməməsi üçün onlara bir də cinsi əlaqəyə girməyəcək qədər iyrəndirmək üçün travma qoymağa çalışıblar. Qadınlardan 9-u rus əsgərlərdən hamilə qalıb.
Anna adlı qadın başına gələnləri danışır :
– Matın 7-si bir əsgər silahla evimizə girdi. Məni ərimdən ayırıb yaxınlıqdaki başqa evə apardı. Paltarlarımı çıxartmağımı yoxsa məni vuracağını dedi və mənə təcavüz etdi. Görünüşdən rus olmadığı və çeçen olduğu bilinirdi. Daha sonra başqa əsgərlər gəlib məni apardılar. Evə qayıdanda ərimin öldürüldüyünü gördüm. Onu həyətdə basdırmışıq. Rus əsgərlər bir neçə gün bizim evdə qaldılar və ərimin əşyalarını oğurlayıb götürüb getdilər. Onlar getdikdən sonra evdən ancaq narkotik vasitələr və viaqra tapdım.
Bu evin yaxınlarında daha bir qadın təcavüz edilib öldürülmüşdü. Əsgərlər onu təxliyə adı ilə apardılar ancaq bir neçə gün sonra onu başqa bir evin yataq otağında qan içində tapdılar. Başqa bir hadisədə isə 9 martda 3 nəfərlik ailənin evinə girən əsgərlər, kişini həyətdə vuraraq evə girib və günlərlə evin qadınına təcavüz ediblər. Evdən ayrıldıqda isə evi yandırıb və evin itini güllələyiblər.