Ümgülsüm Sadıqzadə kim? Və ONUN GÜNAHI NƏ İDİ?  Əmir Pəhləvan -FOTO

0

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur.

S.Hüseynin həbsindən bir neçə ay sonra – 2 noyabr 1937-ci ildə хalq düşməninin həyat yoldaşı kimi Ümmügülsüm хanım da həbs edilərək Bayıl həbsхanasına göndərilir. Bir müddət sonra Ümmügülsüm хanım 8 il həbs cəzasına məhkum edilərək, MTN sənədlərinə əsasən 1938-ci ildə Temlaq İslaq əmək Düşərgəsinə göndərilir. Şəхsi sənədlərində isə göstərilir: ―… Həbs cəzasına məhkum olunaraq Mordva Avtonom Respublikasının Yavas qəsəbəsindəki islah – əmək düşərgəsinə göndərilib…‖.Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə » Anaveusaq.az - İctimai-siyasi, pedogoji  jurnal

Həmin sənədlərdən aydın olur ki, Ümmügülsüm хanım düşərgədə tikişçi işləmiş və verilən tapşırıqları artıqlaması ilə yerinə yetirmişdir. 1941-ci ildə əmək yarışındakı fəal işinə görə düşərgə rəhbərliyi Ümmügülsüm хanımın ailə üzvlərinə məktub yazmağa icazə vermişdir. 1941-ci il fevral ayının 10-da 14 yaşlı oğlu Toğrul, 11 yaşlı qızı Qümral və uşaqlara dayəlik edən yaхın qohumu Səyyarə хanımla dörd illik ayrılıqdan sonra görüşmək üçün, Ümmügülsüm хanım 4 saylı düşərgə məntəqəsinin rəisinə ərizə ilə müraciət edir. Lakin vətən müharibəsinin başlanmasını səbəb gətirərək, uzun illər həsrətində olduğu övladlarının üzünü görmək ona qismət olmur.

Ümmügülsüm xanım bundan sonra uşaqlarına demək olar ki, hər gün məktub yazır, onların iş və yaşayış tərzi ilə maraqlanırdı. Artıq gözlərinin gündən-günə zəifləməsi Ümmügülsüm хanımın məktub yazmasına maneçilik törədirdi. 1943-cü ildə o SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək azadlığa buraхılmasını хahiş edir. Onun azad olunması üçün məsələyə yalnız 1944-ci aprel ayında qərar verilir. Sürgündən sonra, Ümmügülsüm хanıma Bakıya gəldikdən 20 gün sonra, onun burada yaşamasına qadağa qoyulur. Hər tərəfdən əli üzülən хanım Şamaхıya köçməyi qərara alır. Lakin burada bir neçə ay yaşayan Ümmügülsüm хanım 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur.Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə » Anaveusaq.az - İctimai-siyasi, pedogoji  jurnal

Kiçik yaşlarında ata və anasından fars və türk dillərini öyrənən Ümgülsüm, Şərq ədəbiyyatına və klassik Azərbaycan şeirinə maraq göstərmişdir. 9 yaşından şeir yazmağa başlamış Ümgülsüm 1914-cü ildən “İqbal”, “Yeni iqbal”, “Acıq söz” və s. mətbuat orqanlarında hekayə və şeirlərini çap etdirmişdir. Onun 200-dən artıq şeiri, bir poeması bizə gəlib çatmışdır. O, həmçinin “Vətən sevgisi”, “Solğun çiçək” və s. hekayələrin müəllifidir.

Ümgülsüm Sadıqzadə 1944 cü il sentyabrın 17-də Şamaxı şəhərində vəfat etmişdir.İstiqlal şairi Ümgülsüm

Alçalıb “ucalmaq” kişiıik deyil,

Girovdan “qurtulmaq” dirilik deyil,

Yalançı vədlər də şirinlik deyil,

Vətəni sevməyə peşman olursan!

Səlib yürüşünün gizli yolu yox,

Bəlli gedişlərin sağı, solu yox,

Şərlə danışmagın ayrı dili yox,

Vətəni sevməyə peşman olursan!

***

Vətəndən əziz şey dünyada varmı?!

Vətəni sevməyən kimsə olarmı?

Kimsə göz-görəsi ondan doyarmı?!

Vətəni sevməyə peşman olursan!

Siz deyin vətəni necə sevərlər?

Quru söz-söhbətə – heçə, sevərlər?!

Yalançı quc-quca, “maç”a sevərlər?!

Vətəni sevməyə peşman olursan!

Başımın üstünə vahimə çökür,

Vətən qarış-qarış qürbətə köçür,

Şam kimi əriyir, ocaq tək sönür,

Vətəni sevməyə peşman olursan!

Namərd gülləsiylə öləcəyəmsə,

Arzumu qürbətlə böləcəyəmsə,

Qədrini Ögey tək biləcəyəmsə,

Vətəni sevməyə peşman olursan!

Bilmədin vətənim kimin əlində-

“Acı qovuşuqlar” kimin dilində…?

Bir ağır yük olub vətən belində,

Vətəni sevməyə peşman olursan!

Gözünün içinə yalan deyirlər,

Qürbət yollarına dalan deyirlər,

Xarrıyan dərdinə talan deyirlər,

Vətəni sevməyə peşman olursan!

Mərdi namərd edən zatı xarablar,

Milli dəyərlərə cəbhə açıblar,

Kəsdiyi çörəyə xilaf çıxıblar,

Vətəni sevməyə peşman olursan!

Duvağa bürünüb şeytan gədələr,

Fürsət gözləyirlər yeyib-didələr,

Çətin bu millətlə yola gedələr?!

Vətəni sevməyə peşman olursan!

Vəsiyyət etməyə qalıb çarəmiz,

Qaysaq verib, qanı axır yarəmiz,

Təkcə Vətəndir bizim göz qarəmiz,

Onu da sevməyə peşman olursan!

Epiloqr

Gəlin bu vətəni elə sevək ki,

Öləndə “can” deyib elə ölək ki,

Allaha sevgini elə bölək ki,

Daha deməsinlər peşman olursan?!

Əmir Pəhləvan

Leave A Reply

Your email address will not be published.

Tərcümə »