Rusiya ilə savaş 13 il çəkəcək – Arestoviç

0

Rusiya ilə müharibə 2035-ci ilə qədər davam edə və bu müddət ərzində müntəzəm hərbi toqquşmalar ola bilər.

Bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O, hazırkı vəziyyəti İsraillə ərəblər arasındakı müharibə ilə müqayisə edib:

“Bu, bizimlə də olacaq. Beş toqquşmaya ehtiyac olub-olmayacağını bilmirəm, amma 2035-ci ilə qədər bizdə bir neçə hərbi toqquşma olacaq. Bu, hər iki və bəlkə də beş ildən bir toqquşma deməkdir. Və hər yeddi-səkkiz ildən bir böyük toqquşmalar ola bilər”, – o bildirib.

Belə bir ssenariyə hazır olmayan vətəndaşlara Arestoviç Ukraynanı müvəqqəti tərk etməyi məsləhət görüb:

“Buna hazır olmayanlar, necə yaşayıb uşaq böyüdəcəklərini bilməyən insanlar xaricə gedə bilər. Budur yeni İsrail. Yalnız miqyası daha böyük və qorxuludur. Mənim ailəmin hamısı buradadır və olacaq da, kim hazır deyilsə, isti İspaniya və bir çox başqa ölkələr var. Hazır deyilsinizsə, ora gedin”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »