Rus əsgərləri döyüşdən imtina edir – Video

0

Rus əsgərləri artıq hücuma keçməkdən imtina edir, rəhbərliyin əmrlərinə tabe olmurlar. Rus ordusunun bəzi hissələri artıq üsyan astanasındadır.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, rus ordusunun ələ keçirilmiş səsləri də bunu sübut edir:

“Ələ keçirilmiş söhbətdə anası ilə danışan Krasnodardan olan döyüşçü bildirir ki, onlar artıq beziblər. Onlardan saxta qəhrəmanlar düzəldirlər. Və onun komandasında olan 150 nəfərdən 130-u onunla eyni fikirdədir”.

Növbəti səs yazısında aydın olur ki, rusiyalı polkovnik əsgərləri hücuma keçməyə razı sala bilmədikdən sonra onların yanına keşiş gətirib. Ancaq həm polkovnik, həm də keşiş karvana rəhbərlik etməkdən imtina edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »