MARAQLI: Körpələri niyə öpmək olmaz?

0

Ağız, burun bölgəsi bakteriyaların giriş nöqtəsidir.

Bir körpə 9 ay ərzində ana qarnında bütün təhlükələrdən qorunaraq böyüyür. Dünyaya gəldikdən sonra gözlərini bambaşqa dünyaya açır. Onun ən böyük qoruyucusu isə heç şübhəsiz ki, anasıdır. Analar övladlarını öpdüyü andan etibarən aralarında ömür boyu ayrılmaz əlaqələr yaranır. Ancaq sadəcə ana ilə deyil, evə gələn yadlar və qonaqlar da körpədən öz öpüş payını almaq istəyir. Bu zaman xüsusən də infeksiyaların artdığı qış mövsümündə daha təhlükəli olur. Mütəxəssis və həkim Gülnihal Şarman öpüşün uşaqlara nə kimi zərrlər verə biləcyini izah edir.

Ağız, burun bölgəsi bakteriyaların giriş nöqtəsidir. Buradan alınan hər cür bakteriya və virus uşaqlardan keçir. Təəssüflər olsun ki, uşaqlar xəstələnməyə hazır olurlar. İmmunitet sistemləri 2 il çox saf vəziyyətdə olur. Buna görə də uşaqların xəstələnməsi məktəbli uşaqlar arasında böyüklərdən daha tez yayılır. Həmçinin xəstəliyi daha ağır keçirirlər. Nəfəs yollarının infeskiyasına yoluxmusunuzsa, uşağı qətiyyən öpmək olmaz, hətta yanlarına belə yaxınlaşmaq olmaz. İmmunitet sisteminin körpəlikdən məktəbə gedənə qədər uzun müddətdə böyüdüyü düşünülərsə, xəstə etməmək üçün niyə öpməli olmadığımızı başa düşmək olar.

Dəriləri qabıq verir

Körpə dərisi çox həssas və nazik olur. Körpələri öpərkən təkcə infeksiya keçmir eyni zamanda pomadadan bəzi kimyəvi maddələr də onların dərisinə təsir göstərir. Ataları çox öpən uşaqların da dərisində bəzi problemlə müşahidə olunur. Kişilərin üzü tüklü olduğu üçün uşaqların dərisi qabıq verir və ya qızarır.

 Tanımırsa, toxunmaq olmaz

Körpələr çox sevimli, şirin olsalar da, onları öpmək olmaz. Hələ tanımadığınız birinin onu öpməsinə icazə vermək olmaz. Biz özümüz tanımadığımız insanları qucaqlayıb öpmədiyimiz kimi, yadların da körpəni öpməsinə icazə verməməliyik. Onların duyğularını ifadə edə bilməməsindən istifadə edib yaxınlaşmaq, öpmək və qucaqlamaq haqqınız yoxdur.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »