Bakı Dərin Özüllər Zavodunda qəza – Video

0

Dünən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat dərhal dayandırılaraq, dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib.

“Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa olunaraq bu gün gün ərzində adi qaydada icra olunur”, – məlumatda vurğulanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »