SON DƏQİQƏ! Acı xəbər gəldi: Daha bir nəfər öldü +FOTO

0

akıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.

“Report” xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan 2001-ci il təvəllüdlü Ayxan Feyzulladə adlı şəxs ölüb.

O, gecə klubunda ofisiant işləyirmiş.

Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a faktı təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

 

 

 57 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »