Azəbaycanda su ilə bağlı yeni qərar qəbul edilir

0

Su üzrə tariflərin differensiallaşdırılması təklif edilir

Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotunun aparılması təmin edilməlidir.

İctimaiRey.az xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib.

O, martın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na münasibət bildirərkən deyib.

Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotunun aparılması təmin edilməlidir.

O deyib ki, 1997-ci ildən etibarən suvarma suyuna tariflər müəyyənləşdirilib: “Suvarma suyu ödənişli əsaslarla istifadə edilir, amma 2006-cı ildə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq hazırlanmış qaydalarda göstərilib ki, suvarma suyuna verilən su, örüş sahələrinə verilən suyun tarifi müəyyənləşsin. Tarif Şurasının 2006-ci ildə verdiyi qərara əsasən, suvarma suyuna hər min kubmetr üçün 50 qəpik, qış otlaq sahələrinə və örüşlərə verilən suyun 1 hektarı üzrə 40 qəpik təsdiq edilib.

Sənaye, digər məqsədlər üçün istifadə edilən sular üçün tariflər müəyyənləşməyib. Yeni qayda bunun davamıdır ki, nəticədə Tarif Şurası bu tarifləri də təsdiq etməlidir”.

oxu24.com

 

 61 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »