Aprel döyüşlərindən BİR EPİZOD: “ASALA üzvləri yaralı yoldaşlarını güllələyib qaçırdılar”

0

Baş gərargah rəisləri səviyyəsində atəşkəs razılaşması olmuşdu. Komanda Qərargah Məntəqəsində atəş nöqtəsindəki bölmələrlə əlaqə əlaqə saxlayıb vəziyyəti qiymətləndirirdik.

Birdən sağ cinahdakı müşahidə məntəqəsi Suqovuşan istiqamətində 30-dan çox maşının Talış kəndi istiqamətinə hərəkətinin müşahidə edildiyi bildirildi. Zabitə müşahidəni davam etdirməyi və tez-tez məruzə etməyi tapşırdım…” , – deyir, Eldəniz Hüseynov.

Eldəniz Hüseynov Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantıdır.

O, aprel döyüşləri zamanı cəbhənin Tərtər rayonu istiqamətində döyüşən bölmələrin artilleriya rəisi olub. Komandir aprel döyüşləri zamanı Azərbaycan ordusunun bölmələrinin tək işğalçı orduyla yox, terror təşkilatının üzvləri ilə də döyüşdüyünü bildirir.

Onun sözlərinə görə, terrorçular məhz atəşkəs razılaşmasından sonra Azərbaycan ordusunun Talış kəndi ətrafında azad etdiyi strateji yüksəkliklərə hücum edib:

“Müşahidə məntəqəsindəki zabit maşınların Talış kəndi yaxınlığındakı meşəlik əraziyə girdiyini, oradan maşınlardan düşüb İncə çayının üstündəki yüksəklikdə yerləşən mövqelərimizə doğru hərəkət etdiyini bildirdi.

Vəziyyəti üst komandanlığa məruzə etdim. Səbirli olub sona qədər izləməliydim. İrəliləyən silahlı dəstə üzlərinin bir qismi mülki, bir qismi isə fərqli konflajlarda olan geyimdəydi. Pilotsuz Uçuş Aparatlarını idarə edən zabitə hərəkətin PUA-la çəkilməsini bildirdim…” .

Bundan sonra PUA havaya qalxır, hərəkətin müşahidəsini aparmağa başlayır. Komandir bütün bölmələri atəşə hazır vəziyyətə gətirir. Ancaq bir məsələ qalır, atəşkəs müqaviləsinin imzanlanması… Məhz elə ilk atəşi də, müqaviləni də terrorçular pozur:

“Mövqeləri 60 mm-lik minaatanlardan və əllərində olan müxtəlif çaplı atıcı silahlardan atəşə tutmağa başladılar. Bundan sonra hücumun qarşısını alıb, cavab atəşi açmağa başladıq. 82 və 120 mm-lik minaatan bölmələrinə atəş əmri verdim.

Həmçinin dayaq məntəqələrindən də 150 nəfərdən çox olan dəstə atəşə tutuldu. Nəticədən 50-dən çox itkiləri və yaralıları oldu. Onlar geri çəkilməyə başladıar”.

İşin digər maraqlı tərəfi ondan ibarət olur ki, terrorçular geri çəkilərkən öz yaralılarını güllələyərək silah və sənədlərini götürüb qaçırmışlar. Həmin döyüş toqquşması zamanı PUA-nı idarə edən zabit (adının çəkilməsi məqsədə uyğun deyil) geri çəkilən dəstənin görüntülərini lap yaxından qeydə alır. O, həqiqətən də yaralıların öz silahdaşları tərəfindən başından güllələndiyinin şahidi olduğunu bildirir.


Döyüşdən sonra araşdırmalar nəticəsində hücum edən dəstənin “ASALA” terror təşkilatının üzvləri olduğu məyyən olunur. Onların məqsədi, İncə çayı yaxınlığındakı yüksəkliyi ələ keçirib oradan da Tapqaraqoyunlu kəndinə düşmək imiş. Lakin aprel döyüşləri zamanı düşmənin bir neçə əks-hücum cəhdləri kimi, bu da uğursuz alınır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »