Ukrayna müharibəsi: çox ağır döyüşlər başlayacaq

0

Ukrayna müharibəsi: çox ağır döyüşlər başlayacaq

Rusiya Federasiyası Ukraynanın şərqində genişmiqyaslı hücum əməliyyatlarına hazırlaşır. Məhz bu məqsədlə Rusiyanın Ukraynadakı qoşunlarının komandanı dəyişib.

Komandan postuna 61 yaşlı ordu generalı, Rusiyanın Cənub Ordu Qruplaşmasının komandanı Aleksandr Vladimiroviç Dvornikov təyin edilib.

 

2016-cı ildə Rusiya Federasiyası Qəhrəmanı adını almış A.Dvornikov 2015-2016-cı illərdə Rusiyanın Suriyadakı hərbi kontingentinə başçılıq edib.

Rusiyanın Ukraynadakı qoşunlarının komandanlığının dəyişdirilməsi ordu birləşmələri və hərbi hissələr, habelə qoşun növləri arasında koordinasiyanın normal vəziyyətə gətirməkdir. Bundan başqa, Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində Rusiya qoşunlarının yeni, genişmiqyaslı hücumu hazırlandığından A.Dvornikov bu prosesi daha da aktivləşdirməlidir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin əsas məqsədi mayın 9-dək, Rusiyada Qələbə Gününün qeyd olunduğu tarixədək Ukraynada ciddi, əhəmiyyətli irəliləyişə və uğura nail olmaqdır. Bu, siyasi imperativlərin hərbi planlar üzərində üstünlük təşkil etdiyini göstərir və Ukraynadakı rusiyalı hərbçilərə yaxşı heç nə vəd etmir.

Rusiyanın digər problemi isə Donbasda genişmiqyaslı hücuma hazırlaşdığı üçün həmin bölgəyə əlavə qüvvələri hissə-hissə yollayaraq toplamasıdır. Lakin daşınma və yerləşdirmə əməliyyatları arasında zəruri fasilələlər olmadığından yeni döyüşlər üçün gətirilən hərbi birləşmələr gərəkli qruplaşmaları yerinə yetirməyə elementar olaraq vaxt tapa bilmirlər.

Dünən Rusiya qoşunlarının “Toçka-U” taktiki raket kompleksi vasitəsilə iki raket zərbəsi endirdiyi Kramatorsk dəmiryol vağzalına gəldikdə isə, Rusiya qoşunlarının Donbasda gözlərinən hücumu zamanı sözügedən vağzal və dəmiryol xətti əlahiddə strateji əhəmiyyətə malik olacaq.

Kramatorska hücumda Rusiya Silahlı Qüvvələrinin 18-ci motoatıcı diviziyasından istifadə edilməsi gözlənilir. Ötən il yaradılmış bu diviziya 3 motoatıcı və bir zirehli-tank alaylarından ibarətdir.

Həmin alaylar birbaşa Kramatrosk dəmiryol vağzalını ələ keçirməyə çalışacaqlar, çünki bu vağzal Ukraynanın şərqində əsas dəmiryol qovşağıdır.

Mariupol və Nikolayev şəhərlərinin ələ keçirilərək həmin yaşayış məntəqələri üzərində tam nəzarətə nail olmaqda da Rusiya qoşunlarının operativ hədəfləri arasındadır. Strateji hədəf isə Krımla Donbas arasında quru yolla dəhlizin yaradılmasıdır.

Elçin Alıoğlu

Milli.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »