Şagirdlərin nəzərinə: məntiq olimpiadasının nəticələri aprelin 11-dən açıqlanacaq

0

 Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri aprelin 11-dən etibarən açıqlanacaq.

İctimairey.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, şagirdlər olimpiadanın nəticələrini bu tarixdən etibarən www.portal.edu.azwww.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.

Xatırladaq ki, aprelin 2-də ölkə üzrə ümumilikdə 74 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 13 minə yaxın şagird iştirak edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »