Şəmkirdə “biri” avtomobilin qarşısında manevr edən  sürücünü öldürüb

0

Aprelin 8-i saat 23 radələrində Şəmkir rayonu ərazisində Samir Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İctimairey.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olmuş məlumata görə,  aparılmış araşdırmalarla Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr etməsinə görə, aralarında yaranmış mübahisə zamanı sonuncunun Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rasim Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »