Paşinyan Brüssel görüşündə nədən qorxurdu?

0

Paşinyan Brüssel görüşündə nədən qorxurdu?

“Rusiyaya qarşı qəbul edilən qərarlar və sanksiyalar Cənubi Qafqaz ölkələrini sayıq olmağa sövq edir”.

Bu sözləri İctimaiRey.az-ya açıqlamasında Avropa İttifaqının Türkiyədən olan eksperti İrfan Kaya Ülger söyləyib.

Politoloq qeyd edib ki, Rusiyanın Ukraynaya hücumundan sonra Ermənistan administrasiyası sülh razılaşması məqsədinə tez bir zamanda çatmaq üçün səy göstərir:

“Bu kontekstdə prosesi sürətləndirmək üçün istifadə edilən üsullardan biri də Avropa mənşəli beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdir.

Nəticədə, 6 aprel 2022-ci ildə Belçikanın paytaxtı Brüsseldə Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlar sülh sazişi axtarışlarının sürətləndirilməsi kimi qiymətləndirilməlidir. Ukrayna müharibəsinin kölgəsində gedən danışıqlarda tərəflər atəşkəs razılaşması əsasında sülh sazişi axtarışlarını davam etdiriblər.

Rusiya ilə Qərb dövlətləri arasında gərginliyin artması, sanksiyaların əhatə dairəsinin günü-gündən genişlənməsi Mərkəzi Asiya ölkələrində olduğu kimi, Cənubi Qafqazda da narahatlıq doğurur. Bu kontekstdə Brüssel danışıqlarını Rusiyanın Qafqaza təsirinin artması ilə bağlı narahatlıq səbəbindən sülh səylərini sürətləndirmək axtarışı kimi qiymətləndirmək olar”.

Leyla Şah, Bizim.Media

 28 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »