2022-ci ilin yanvar-mart aylarında 118,5 min pensiya, müavinətvə təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyinedilib.
Bu barədə Trend-ə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyindən(ƏƏSMN) xəbər verilib.
Onlardan 8,4 mini pensiya, 110,1 mini müavinət və təqaüdtəyinatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cuilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət vətəqaüdlərin təyinatı elektronlaşdırılıb.
Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminatnövlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənədtəqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatikaparılmasına imkan verir.
Cari ilin 1 aprel tarixinədək 56,7 mini pensiya, qalanı müavinətvə təqaüdlər olmaqla ümumilikdə 387,6 min təyinat e-qaydada həyatakeçirilib.