Dünya Ukraynada müharibənin bitməsini istəyirsə, bizə tezliklə ağır silahlar verməlidir.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Dünya liderləri, yaxud dünya subyektlərinin bizə silah verməməsi müharibənin uzanmasına gətirib çıxara bilər. Çünki biz təslim olmağa tələsmirik. Ağır silah olmadan da müharibə uzana bilər. Biz onları geri oturdacağıq, gedəcəklər, yeni texnika əldə edib, ordunu cəmləşdirib, yenidən hücuma keçərək yeni şəhərlər işğal edəcəklər. Biz də yenidən mübarizə aparacağıq. Ona görə də bizdə ağır silah olmadıqca, müharibə uzun müddət davam edə bilər”, – deyə Zelenski bildirib.