Moskvanın və bütün Rusiyanın patriarxı Kirill RLDP-nin sədri Vladimir Jirinovskinin dəfn mərasimində siyasətçi ilə münaqişəyə girən insanları onu bağışlamağa çağırıb.
Axar.az xəbər verir ki, Kirill mərhumla bir vaxtlar münaqişəyə girən insanların onun günahlarını bağışlamağı xahiş edib.
“Onun ruhu bu dünyanı tam barışıq vəziyyətində tərk etməlidir. Heç şübhəsiz ki, mərhumun müasir Rusiyanın siyasi həyatında çox böyük xidmətləri olub”, – Patriarx Kirill deyib.