Makron: “Müharibə yaxın vaxtlarda bitməyəcək”

0

Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin yaxın həftələrdə bitməyəcəyi qənaətindədir.

“Report” xəbər verir ki, o bu barədə RTL radiostansiyasının efirində deyib.

“Təəssüf ki, müharibə yaxın vaxtlarda bitməyəcək. Qarşıdakı günlərdə Donbasda çox çətin durumun şahidi olacağıq. Buna görə də biz Türkiyə, Yunanıstan və BMT ilə birlikdə humanitar yardımın təşkili üçün hər şeyi edirik”, – o bildirib.

Prezident, həmçinin “Li Parisien” qəzetinə müsahibəsində söyləyib ki, Fransa Ukraynanın təhlükəsizliyi üçün təminatçı ölkə olmağa hazırdır.

O, danışıqların iştirakçısı statusunu saxlamaq üçün rusiyalı həmkarı Vladimir Putinlə təmasları davam etdirəcəyini vurğulayıb.

 31 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »