Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi tanınır

0

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Pakistanın nüfuzlu https://pakistanintheworld.pk saytında dərc olunub.

Yazıda qeyd olunub ki, Azərbaycanda dini əmin-amanlıq, müsəlmanlar arasında birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi ölkəmizi gücləndirən amillərdəndir. Ölkə tolerantlıq məsələləri üzrə ardıcıl dialoqu təmin edən mədəniyyətlərarası platforma, dinlərarası etimad, harmoniya və missionerlik daşıyıcısıdır. Bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin beşiklərindən biri kimi tanınır. Azərbaycan həm də dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi tanınır.

Yazıda Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin tolerantlıq sahəsində uğurlu siyasətindən də bəhs edilib. Bu sahəyə dövlət qayğısını özündə əks etdirən faktlar qeyd olunub.

Yazıda həmçinin Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq şöbəsinin müdiri, əlsəfə üzrə elmlər doktoru Xatirə Quliyevanın bu sahədə görülən işlərlə bağlı fikirlərinə geniş yer ayrılıb.

Yazının tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://pakistanintheworld.pk/live/exemplary-inter-religious-and-inter-ethnic-relations-in-azerbaijan/

Leave A Reply

Your email address will not be published.

Tərcümə »