Kreml Brüssel görüşünə belə REAKSİYA verdi

0

Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Aydındır ki, proses çox uzundur, lakin belə bir sənədin bağlanması istiqamətində irəliləyiş çox müsbət faktdır və alqışlanır”, – Rusiya prezidentinin sözçüsü deyib.

Peskov Azərbaycan və Ermənistanın sülh danışıqlarına hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Görüşdən sonra bəyanat yayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel danışıqların müsbət keçdiyini bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »