Kəlbəcər sakinləri 30 ildən sonra ilk dəfə Ağdabana getdi

0

Bu gün Kəlbəcər rayonunun bir qrup sakini 30 ildən sonra ilk dəfə Ağdaban kəndini ziyarət ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, onlar ermənilərin Ağdabanda qətliam törətdikləri ərazilərə baş çəkiblər.

Daha sonra Ağdaban qətliamı zamanı həlak olan şəxslərin məzarları ziyarət olunub.

Bundan əlavə, səfər iştirakçıları Ağdaban kənd şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında olublar.

Səfərdə iştirak edən ziyarətçilər ermənilərin Ağdaban kəndində və Kələbəcər rayonunda törətdikləri vəhşilikləri öz gözləri görüblər.

Qeyd edək ki, Ağdaban faciəsi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə törədilib. Həmin gün 130 evdən ibarət Ağdaban kəndi ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib.

Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »