“İşğal növbəsi bu üç ölkəyə çatacaq” – Putinin keçmiş dostundan şok iddia

0

Rusiya-Ukrayna müharibəsinin bir ayını geridə qoyarkən, dünya Prezident Vladimir Putinin bundan sonra atacağı addımlara diqqət yetirməyə başlayıb. Mühacirətdə olan rusiyalı oliqarx Mixail Xodorkovski CNN telekanalına müsahibəsində növbəti proseslə bağlı maraqlı iddialar səsləndirib.

IctimaiRey.az  xəbər verir ki, rusiyalı oliqarx Putinin Ukrayna ilə məhdudlaşmayacağını iddia edib.

Rusiyanın keçmiş neft maqnatı Mixail Xodorkovski 2003-cü ilə qədər ölkəsinin ən varlı adamı sayılırdı. Putinlə siyasi səbəblərdən yolları ayrılan oliqarx maliyyə ittihamları ilə üzləşib və 9 il həbs cəzası alıb. 2013-cü ildə həbsdən çıxan Xodorkovski o vaxtdan bəri Kreml və Putini tənqid etməsi ilə diqqət çəkir.

NATO üzvü olan Baltikyanı ölkələr – Estoniya, Latviya və Litva ilə bağlı narahatlıq indiyədək təkcə Xodorkovski tərəfindən deyil, bir çox rəsmi şəxslər tərəfindən də dilə gətirilib. Bundan əvvəl Almaniya mediası Polşa, Rumıniya, Estoniya, Latviya və Litva da daxil olmaqla, Putinin işğalı təhlükəsi altında olan 5 ölkəni açıqlamışdı. ABŞ Prezidenti Co Bayden “NATO ərazisinin hər qarışını müdafiə edəcəyik” deyərək bölgəyə Amerika qoşunlarını göndərib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »