“Rus hərbçilər kütləvi şəkildə istefa ərizələri yazır”

Rusiya hərbçiləri kütləvi şəkildə istefa məktubları yazır və Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirakdan imtina edirlər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı  aprelin 3-də yaydığı əməliyyat məlumatında bildirib.

“Mövcud məlumata görə, düşmən şəxsi heyətinin mənəvi-psixoloji durumu və motivasiya səviyyəsi son dərəcə aşağı olaraq qalır.

Qərb Hərbi Dairəsinin 20-ci birləşmiş ordusunun 3-cü motoatıcı diviziyasının müxtəlif səviyyəli komandirləri döyüş əməliyyatlarında iştirakdan imtina edirlər.

Bundan başqa, hərbi qulluqçular kütləvi şəkildə istefa ərizələri yazır. Cənub Hərbi Dairəsinin 58-ci birləşmiş silahlı ordusundan olan 4-cü hərbi bazanın 2-ci taborunun taktiki qruplarının şəxsi heyəti Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan imtina edib. Onların daimi dislokasiya məntəqələrinə qaytarılması planlaşdırılır”, – deyə, Baş Qərargahın məlumatında bildirilir.

Həmçinin qeyd olunur ki, şəxsi heyətin itkisini ödəmək üçün Rusiya rəhbərliyi mülki əhali arasında silahlı qüvvələrə qoşulmaq üçün təbliğat aparır:

“Bu cür tədbirlər həm Rusiya Federasiyasının ərazisində, həm də müvəqqəti olaraq işğal olunmuş Donetsk, Luqansk vilayətləri və Krım ərazilərində keçirilir”.

Comments are closed.

Tərcümə »