Nüvə silahı olan Rusiya təyyarələri İsveç hava məkanını POZDU – ŞOK İDDİA

0

Nüvə silahı olan Rusiya təyyarələri İsveç hava məkanını POZDU

Martın 2-də Qotland yaxınlığında İsveç hava məkanını pozan iki Rusiya təyyarəsi nüvə silahı ilə təchiz edilib.

İctimaiRey.az  xəbər verir ki, bu barədə İsveçin TV4 kanalı məlumat yayıb.

Bildirilib ki, bu İsveçi qorxutmaq məqsədilə qəsdən atılan addımdır.

Nüvə silahı olan Rusiya təyyarələri İsveç hava məkanını POZDU

“Martın 2-də Rusiyanın Kalininqraddakı aviabazasından bir qrup təyyarə havaya qalxıb. Onlardan ikisi Su-24 tipli hücum təyyarəsi, ikisi isə Su-27 qırıcısı olub. İddia olunur ki, iki hücum təyyarəsi nüvə silahı ilə təchiz edilib. İsveçin hava məkanının pozulması təxminən bir dəqiqə davam edib. Buna cavab olaraq ölkənin Hərbi Hava Qüvvələri iki “JAS 39 Gripen” qırıcısını havaya qaldırıb. İsveç Silahlı Qüvvələri iki hücum təyyarəsinin nüvə silahı ilə təchiz edilib-edilməməsi ilə bağlı şərh verməyib, lakin pozuntunun qəsdən törədildiyinə inanır”- deyə məlumatda qeyd olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »