Ukrayna Silahlı Qüvvələrinin mühasirədəki Mariupol şəhərindəki ağır yaralı hərbçiləri helikopterlərlə təlxiyə etmək cəhdi uğursuzluqla nəticələnib.
İctimaiRey.az bildirir ki, bu gecə yerli vaxtla saat 04.30 radələrində Dnepr şəhərindəki aerodromdan Ukrayna ordusunun 4 Mi-8 və 1 Mi-24 helikporteri havaya qalxaraq Mariupola uçublar.
Helikopterlər Mariupoldakı “Azovstal”ın ərazisində olanda rusiyalı hərbçilər tərəfindən vurulublar.
Üç helikopter yerə düşüb, ikisi ciddi ziyan görsə də, şəhəri tərk edə bilib və 30 yaralını təlxiyə edib.
Yaralı ukraynalı hərbçilərdən iki nəfər sağ qalıb. Onların arasında olan Ukrayna Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Babak rusiyalılara əsir düşüb.