Rus milyarderin Zelenski ilə gizli görüşü – Sonra nə baş verdi?

0

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüş ərəfəsində İstanbula gələn rusiyalı oliqarx Roman Abramoviçin zəhərləndiyi və Ankara Şəhər Xəstəxanasında müalicə aldığı iddia edilir.

Habertürk xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Abramoviç və ukraynalı deputat Rüstəm Umerov (Ukrayna-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri) Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gediblər.

Onlar görüşdən sonra Türkiyəyə qayıtmağı planlaşdırarkən, qaldıqları evin qarşısında qaz bombası partlayıb. Hadisə zamanı hər iki şəxs zəhərlənib. İnsidentin kim və ya kimlər tərəfindən törədilməsi hələlik bilinmir.

Məlumata görə, Abramoviç hadisə zamanı gözündən xəsarət alıb, müvəqqəti görmə problemi yaşayıb. Gecə yarısı Türkiyəyə qayıdan rusiyalı oliqarx Ankara Şəhər Xəstəxanasında müalicə olunub.

Hücumun təsadüfi və ya təxribat xarakterli olması barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, martın 29-da Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərində görüşü keçirilib. İş adamı Roman Abramoviç görüşə iki ölkə arasında vasitəçi olaraq qatılıb. O, görüş ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüş keçirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »