Niyazi Bayramov medalla təltif edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı ilə təltif edilib.

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalını Niyazi Bayramova “Gəncə Maşınqayırma Zavodu” MMC-nin direktoru Rasim Hüseynov təqdim edib, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin təbriklərini çatdırıb.

Niyazi Bayramov öz növbəsində, göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Comments are closed.

Tərcümə »