Çökən məktəbdə ölənlərin sayı AÇIQLANDI

0

Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat işləri zamanı təhsil ocağına məxsus binanın çökməsi nəticəsində 3 nəfər həlak olub.

Bu barədə Modern.az-a Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, dağıntılar altından 3 nəfərin meyiti çıxarılaraq, xəstəxananın morquna yerləşdirilib.

Xəsarət alanlardan bir nəfər reanimasiya şöbəsində yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.

Ölən şəxslərin 24-30 yaşlı, məktəbin tikintisində iştirak edən fəhlələr olduğu bildirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »