Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsindəki 4-cü və Abxaziya bölgəsindəki 7-ci hərbi bazalarının bölmələri Ukraynaya köçürülüb
IctimaiRey.az-un xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat paylaşıb.
Məlumatda qeyd olunub ki, 4-cü hərbi bazadan 1200-dək rus və osetiyalı döyüşçüdən ibarət üç batalyon taktiki qrup formalaşdırılaraq Ukraynaya göndərilib.
Hazırda Rusiyanın Ukraynanın Kiyev və Şernoqov regionlarından geri çəkilməyə davam etdiyi bildirilir.