Ukraynaya müharibədə dəyən ziyanın məbləği açıqlanıb

0

Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəyən maddi ziyanın məbləği 1 trilyon dollardan çoxdur.

“Report” “İnterfax-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Baş nazirin dediyinə görə, təkcə ölkə infrastrukturuna 120 milyard dollar ziyan dəyib: “Hərbi infrastruktur da nəzərə alınsa, ziyan 270 milyard dollardan çoxdur”.

Hökumət başçısı müharibə nəticəsində ölkə iqtisadiyyatının itkilərinin, yəni qoyulmayan sərmayələr, əldə edilməyən mənfəət kimi ziyanın 290 milyard dollardan çox olduğunu söyləyib.

Müharibə ucbatından Ukraynada ÜDM-in illik 35 faiz azaldığı diqqətə çatdırılıb.

Rəsmi məlumata görə, Ukraynada ÜDM 2020-ci ildə 3,8 faiz azaldıqdan sonra 2021-ci ildə 3,4 faiz artaraq 200 milyard dollara yaxındır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »