“Rusiya və Ukrayna arasında əldə olunan razılaşmalar konkret fəaliyyətə çevriləcək”.
AZXEBER.COM “Report”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
Bundan əvvəl İstanbulda, Dolmabaxça sarayında Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi baş tutub. Mətbuata qapalı keçirilən görüş üç saata yaxın davam edib.
Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski deyib ki, Rusiya Kiyevdən neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər alıb.
Comments are closed.