Səudiyyə Ərəbistanı Baydendən qisas almaq qərarına gəlib. Neft 300$ qalxa bilər

0

Rusiya neft və qazından imtina etmək qərarına gəldikdə, Qərb ölkələri ərəb ölkələrinin, ilk növbədə Səudiyyə Ərəbistanının yaranan kəsiri kompensasiya etməkdə, onlara kömək edəcəyinə ümid edirdilər. Ancaq görünür, burada bir az səhv hesablayıblar – Ər-Riyad açıq şəkildə Vaşinqton və Londonu xilas etməyə və neft hasilatını artırmağa tələsmir. Onlar öz mövqelərini onunla izah edirlər ki, Ukraynadakı vəziyyət hələ də neft tədarükündə kütləvi fasilələrə səbəb olmayıb, ona görə də hasilatın artırılması üçün heç bir əsas yoxdur.

Ər-Riyadın qərarı siyasi xarakter daşıyır, ekspert Anşal Vohra Amerikanın “Foreign Policy” jurnalı üçün yazdığı məqalədə bildirib. Səudiyyə Ərəbistanı indiyədək təhlükəsizlik zəmanəti müqabilində, ABŞ ilə neft ticarətini yalnız dollarla həyata keçirib. Lakin Vaşinqton dəfələrlə bu razılaşmaları pozub və Ər-Riyad Rusiya prezidenti Vladimir Putinə arxalanaraq, ABŞ-dan qisas almaq qərarına gəlib.

Beləliklə, Qərb dünya bazarında neftin qiymətinin bir barel üçün 200-dən yuxarı qalxacağı ilə barışmalıdır. Və Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Avropa Rusiya neftindən tamamilə imtina etmək qərarına gəlsə, qiymətlər bir barel üçün 300 dollara qədər yüksələ bilər.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »