Bu nemətdən bezar olmayın. Hz. Hüseyn(ə.s) Beynəlxalq Əlillər Cəmiyyətinin sədri Tahir Xudiyev başda olmaqla idarə heyətinin üzvüləri mərhəmət göstərmək, dərdlərə şərik olmaq ənənələrinə sadiq qalaraq ehtiyac içində olan insanlara Allah yolunda öz nəvazişlərini göstərirlər. Dinindən, dilindən, irqindən, mövqeyindən asılı olmayaraq “Əldən tutmaq Əlidən(ə.s) qalıb” prinsiplərini həyata keçirirlər.
Cəmiyyətin fəal üzvüləri Furqan Babayev və Ceyhun İbrahimov Türk dünyası “TURAN”- düşüncə Islam mərkəzinin, “Göz Nuru”dərnəyinin yardım fondu yolu ilə Afrika ölkələrinin yardıma ehtiyacı olan insanlarına yardım əllərini uzatmışlar. Davamlı olaraq hər ay ərzaqla təmin edilmiş, qurbanlar kəsilmiş, yetim və kimsəsizlər üçün yuvalar tikilmiş, su quyuları çəkilmiş, Islam ölkəsi olaraq Meçidlərin bünövrəsinin əsasını qoyulmasına start verilmişdir.
Dünya xalqlarına Xeyirxahlıq dövlətimizin Sülhməramlı olmasının əsas göstəricisidir. adından xeyirxah əməllərinə görə Furqan Babayev və Ceyhun İbrahimova Türk dünyası “TURAN”- düşüncə Islam mərkəzinin, “Göz Nuru” dərnəyinin yardım fondu yolu ilə yardıma ehtiyacı olan insanlara göstərdikləri ilgi və mərhəmətə görə dərin təşəkkürümüzü bildiririk.
Dövlətlər arasında yaratdığınız birlik, qardaşlıq münasibətlərinin daha da davamlı və uğurlu olmasını arzu edirik.