Britaniya ukraynalı qaçqınları rusiyalı milyarderlərin boş mülklərinə köçürür

0

İngiltərə Baş naziri Boris Consonun Dovninq Street-dəki Baş nazirlik ofisi, ukraynalı qaçqınların mənzil ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan variantlar arasında rus milyarderlərinin boş mülklərinin də yer aldığını açıqladı.

Ukraynanın işğalından sonra, bir çox ölkənin sanksiya hədəfinə çevrilən Rusiya Böyük Britaniyadan növbəti zərbəni alıb. İngiltərə Baş naziri Boris Consonun Dovninq Street-dəki Baş Nazirlik ofisindən verilən xəbərdə, qaçqınların sanksiyaya məruz qalan rus milyarderlərinin sığınacaq ehtiyaclarını qarşılamaq üçün, müzakirə edilən variantlar arasında yer alan ukraynalı qaçqınların Rusiya milyarderlərinin boş mülklərinə yerləşdirmə imkanının olduğu ifadə edilib.Milyarderlərin ən bahalı malikanələri - FOTOLAR

Baş Nazirlik, İngiltərə Premyer Liqa komandalarından olan Chelsea Futbol Klubuna aid olan otelin nəzərdən keçirilən mülklər arasında olduğunu təsdiqləyərək, “bütün seçimlərə açıq olduqlarını” qeyd edib. Bu çərçivədə yeni qanunvericilik tələb oluna biləcəyini qeyd edən ofis, “Sanksiyalar üçün yaradılan xüsusi lisenziya ilə bağlı bəzi çətinliklər var” deyib. “Yaşayış binalarında icazəsiz oturmaq qeyri-qanunidir. Bununla belə, bir halda ki, sahibləri sanksiyalara məruz qalır, biz müsadirə olunan əmlakın hansı məqsədlə istifadə olunacağını müəyyən etmək üçün çalışırıq”, – idarədən bildiriblər.

Rusiyalı milyarder, Chelsea-nin sahibi Roman Abramoviç keçən həftə Rusiya prezidenti Vladimir Putinlə əlaqələrə görə sanksiyaya məruz qalıb və bu, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra, Böyük Britaniya hökuməti tərəfindən sanksiya tətbiq edilən 18 rusiyalı milyarderdən biri olub.Abramoviç Londondakı mülkünü satır - Unikal.org

Etirazçılar bildiriblər ki, ukraynalı qaçqınların yerləşdirilməsi üçün rus milyarderlərinin evləri müsadirə edilməlidir. “O qədər yararsız otaqlar var ki, mən neçə dəfə orada azdığımı bilmirəm” […] “təxminən 200 otaq var ki, orada normal bir insanın heç vaxt ehtiyac duymayacağından daha çox otaq var”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən qaçan 30 minə yaxın ukraynalı qaçqın da Fransaya gəlib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »