Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqala sui-qəsdin qarşısı alınıb.
İctimaiRey.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin silahlıları prezident və baş nazirə sui-qəsd hazırlayıb. Lakin Ukrayna kəşfiyyatı yaraqlıları ölkədə və xaricdə izləyib, onlardan bir neçəsi ölkə daxilində məhv edilib.
Ukrayna artıq bununla bağlı bütün faktları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.