SON XƏBƏR: Medvedev nüvə müharibəsi təhlükəsini elan etdi

0

Medvedev nüvə müharibəsi təhlükəsini elan etdi

Dünya nüvə müharibəsi istəmir, lakin onun başlanması təhlükəsi daim mövcuddur. Bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

İctimaiRey.az “Heç kim müharibə istəmir, xüsusən də nüvə müharibəsi, ümumilikdə bəşər sivilizasiyasının mövcudluğu üçün təhlükədir. Ancaq aydındır ki, təhlükə həmişə mövcuddur. Xalqımız bilir ki, NATO ölkələrinin nüvə silahlarının hədəfləri ölkəmizin ərazisindəki obyektlərdir, bizim döyüş başlıqlarımız isə, Avropa və ABŞ-da yerləşən hədəflərə yönəlib. Həyat belədir”, – Medvedev mediyaya  müsahibəsində deyib.

Bundan əvvəl Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün məcburi xüsusi əməliyyat keçirib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, xüsusi əməliyyatın məqsədi Donbass sakinlərini illərlə davam edən soyqırımdan qorumaqdır. Daha sonra, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynada Budapeşt Memorandumuna zidd olaraq, nüvə silahının hazırlanmasına dair sübutlar tapılıb.

NATO xüsusi əməliyyata müdaxilənin üçüncü dünya müharibəsinin başlamasına səbəb olacağını bildirib. Kreml qeyd edib ki, Rusiya nüvə silahından yalnız ölkə üçün real təhlükə yarandığı halda istifadə edəcək. Milli Xəbərlər Xidməti yazır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »