Ukraynadan Kadırovu dəli edəcək təhlükə: Çeçen əsgərlərinə donuz dərisi tikiləcək

0

Rusiyanın hücumlarına müqavimət göstərməyə çalışan Ukraynanın əhalisinin sayına görə dördüncü şəhəri olan Dnepr merinin müavini Mixailo Lisenko sosial media hesablarında çeçenlərlə bağlı paylaşım edib.

Çeçenistan prezidenti Kadırov Ukraynaya müdaxilənin ilk günündən Rusiyaya dəstək verir. Ona görə də çeçenlərlə ukraynalılar arasında gərginlik son həddə çatıb.

Ukraynanın bir milyon əhalisi olan Dnepr merinin müavini Mixailo Lisenko sosial şəbəkədəki paylaşımı ilə gərginliyi artıracaq.

“ ÖLDÜRÜLƏN ÇEÇENLƏRƏ DONUZ DƏRİSİ TİKİLƏCƏK”

Lisenko qərar qəbul etdiklərini və öz ölkələrində öldürülən çeçenlərin donuz dərisi tikilərək basdırılacağını bildirib.

“Biz rəsmi olaraq qərar qəbul etmişik. Dnepropetrovsk vilayətində öldürülən bütün kadırovçular (çeçenlərə) donuz dərisi tikiləcək və bu şəkildə basdırılacaq”, – Lisenko açıqlamasında bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »