Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

İctimairey.az-a bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Comments are closed.

Tərcümə »