Azərbaycan marketlərində saxta ŞABALID – Məhsulu hansı FİRMA gətirir?

0

 Azərbaycan marketlərində saxta ŞABALID – Məhsulu hansı FİRMA gətirir?

Şəhərimizin iri ticarət market və şəbəkələrində bayramla əlaqədar satışı çoxalan şabalıdlarla bağlı şikayətlər var. Sosial şəbəkələrdə yer alan gileylərdə daha çox “Araz” supermarketlər şəbəkəsində satılan, görüntüsü ilə göz oxşayan, amma içi boş, çürük və dadsız çıxan şabalıdlardan söz açılır. İriliyi ilə qiyməti də kifayət qədər baha olan bu məhsulun saxta olması ilə bağlı da iddalar irəli sürülür. Aldadılan istehlakçıların bildirdiyinə görə şabalıd dadı verməyən bu məhsulun hansı ölkə istehsalı olduğu da müəmmalıdır. Amma şabalıdların Çindən gətirildiyi təxmin edilir.

Məhsul barədə məlumat almaq hüququ daşıyan istehlakçılarımız qeyri-müəyyənliklə üz-üzə qalaraq həm sağlamlıqlarının, həm də pullarının getməsindən narahatdırlar.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür təsadüfi malları insanlar almamalıdır:

“Açıq bazardır deyə kim haradan nə ucuz mal varsa gətirir. Yəqin ki, hansısa firma bu şabalıdları da Çindən gətirib. Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi mütləq belə məlumatları mediadan götürüb araşdrmalıdır. Baxmayaraq ki, mən qurumun İctimai Şurasının üzvüyəm, çox zaman Agentlik belə məsələlərdə özünü eşitməməzliyə vurur”.

Eyyub Hüseynov qeyd edib ki, ökənin gömrük qapısından keçən hər bir mal Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılsa da, Agentlik yalnız malların təhlükəsizliyini təmin edir:

“Heç bir dövlət orqanı keyfiyyətlə məşğul olmur. İstehlakçılar və hökumət bilməlidir ki, qida keyfiyyətsiz olarsa, insanların sağlamlığında ciddi izlər qoya bilər. Ümumiyyətlə, çox az-az dövlət orqanları KİV-dəki məlumatları araşdırır. Hansı ki qanunvericiliyə görə dövlət orqanları mediada gedən məlumatları əsas mənbə götürərək araşdırmasını aparmalıdır”.

Təşkilat rəhbəri şabalıda bənzər digər məhsulun yerli bazarda olma ehtimalında da danışıb:

“Şabalıda bənzər çəyirdəkli meyvə ağacı var. Eyni şabalıd kimidir. Hansı ki, mən onu kənar ölkələrdə görmüşəm. Qətiyyən şabalıdla əlaqəsi olmayan bu məhsul daha böyükdür və dadsızdır.

Acı bir içliyi var. Ola bilsin ki, satışda olan şabalıdlar həmin məhsuldan calaq olunub və ya gemodur. Təssüflər olsun ki, bütün bu gemoları hibrid adı altında təbliğ edirlər. Hətta Azərbaycanda gemonun sürətlə lobbiçiliyi də gedir. Nazirlər Kabinetinin 94 saylı qərarına görə ölkənin əmtəə bazarında satılan bütün mallar, xüsusilə şabalıdlar mütləq bükülməli və üzərində buraxılma tarixi, son yararlıq müddəti və istehsal edın firmanın adı, ünvanı göstərilməlidir”.

Alçina Amilqızı, Bizim.Media

Leave A Reply

Your email address will not be published.

Tərcümə »