Rusiyalı rejissor Sokurov Putinin devriləcəyini proqnozlaşdırıb

0

Aleksandr Sokurov Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini pisləyib.

Tanınmış rejissor və Rusiya Federasiyasının xalq artisti Aleksandr Sokurov Ukraynada müharibəyə səbəb olan və əsgərlərinin həyatına etinasız yanaşan prezident Vladimir Putinin hərəkətlərini pisləyib.

O, bu barədə “Eschenepozner” YouTube kanalında bildirib.

Sokurovun sözlərinə görə, Rusiya hakimiyyətinin hərəkətləri geri dönməz nəticələrə gətirib çıxaracaq. Ukraynadakı müharibə isə, 1917-ci ildə çarın həyatı kimi, Putin üçün də başa çatacaq.

Rejissor Putin hökumətinin öz xalqına hörmət etməməsindən, vətəndaşların həyatına etinasız yanaşmasından da danışıb.

“Heç ağlıma belə gətirməzdim ki, dövlət hər cür düzgünlüyün, xalqa hörmətin, düşmənə hörmətin sərhədləri aşmasına icazə verə bilər. Dövlət televiziyasından bu qədər bədxahlıq olmasını. Təkcə təbliğat yox, əsl bədxahlıq. Mən heç vaxt belə şey görməmişəm. Sizin bu ölkədə inkişafı dayandırmağa və gənclərin boynuna ilgək taxmağa haqqınız yoxdur”.

Bundan əlavə, o qeyd edib ki, Ukraynada müharibə olduğu üçün vətəndaşlar Putini prezidentlikdən devirə bilərlər. Ancaq Rusiya Federasiyasında vəziyyət dərhal düzəlməyəcək, hər şeyi yenidən başlamalı olacaq.

“Bir-iki aydan sonra, bizi nələr gözləyir. Danışmayacağam, çünki deyilənlər gerçəkləşə bilər, deyilməyənlərin isə, olmamaq imkanı var. Amma hələ ki, Rusiyada inqilabi sarsıntı baş verəndə və monarxiya rejiminin devrilməsi zamanı getdiyimiz templə gedirik. Bu, sıfır nöqtəyə çıxışdır. Bu, hamımız üçün pisdir”, – Sokurov əlavə edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »